Buraxılış imtahanlarının martda keçirilməsi nə dərəcədə düzgündür?

ÖLKƏ
19:59 / 12.01.2024
569

Dövlət İmtahan Mərkəzinin (D İM) bu il buraxılış imtahanlarını mart ayında keçirməsi müzakirələrə səbəb olub. Abituriyentlər dərs ili başa çatmamış buraxılış imtahanlarının keçirilməsinin imtahanın nəticəsinə təsir edəcəyindən narahatdırlar.

Məlumat üçün bildirək ki, Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixlərini açıqlayıb.

Belə ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona 3 mart,  II zona 10 mart tarixində keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona 17 mart, II zona 7 aprel, III zona 21 aprel tarixində keçiriləcək.

O da bəllidir ki, mart ayına qədər repetitor müəllim hazırlıq prosesində proqramın tamamını tədris etməyi çatdırmır. 

Təbii ki, bu hal müəllim, abituriyent və valideynlərin haqlı narazılığına səbəb olur.

Təhsil eksperti Kamran Əsədov Hit.az-a şərhində bildirib ki, buraxılış imtahanlarının mart ayında keçirilməsi yanlış qərardır:

“Məlumdur ki, həmin tarixlərdə məktəb proqramı yekunlaşmır, proqram bitmədiyi halda hansısa imtahanın keçirilməsi yanlışdır. İkinci səbəb imtahan tarixləri imtahana üç-dörd ay qalmış elan olunur ki, burada abituriyentlərin dərslik proqramını oxuyub bitirməsi üçün çox qısa bir zaman qalır. imtahan tarixləri altı ay öncədən elan edilməlidir ki, abituriyentlər hazırlıqlı olsunlar”.

Sevinc

0