Cavan qızlar niyə yaşlı kişilərlə ailə qurmağa üstünlük verir?

ÖLKƏ
20:18 / 12.01.2024
520

Əvvəllər cəmiyyətdə gənclərin özlərindən 20-30 yaş böyük insanla ailə həyatı qurması hallarına ara-sıra rast gəlinirdi.  Ancaq son zamanlar bu tendensiya artıb. 

Psixoloq Könül İsmayılova Hit.az-a bildirib ki, gənclər həmişə yaşda özlərindən böyük olan partnyorlarla eşq yaşamaq istəyirlər. Bunun səbəbi yaşca böyüklərin istər emosional, istərsə də qarşılıqlı münasibətlərdə daha peşəkar, təcrübəli olmasıdır: 

“Bunun əksinə olaraq, yaşlı kişi və qadınlar özlərindən kiçik partnyorlara üstünlük verirlər. Səbəb isə sadədir: gənclər daha enerjili olur. Gənc partnyorların göstərdiyi qayğı, nəvaziş onlara daha çox xoş gəlir, nəinki yaşıdları. Onu da deyim ki, xanımlar həmişə yanında hər mənada özlərindən daha ağıllı, yetkin kişilər görmək istəyirlər".

Sevinc

0