Yaponiya haqqında bunları bilirdiniz? - 10 FAKT 

MARAQLI
19:19 / 12.01.2024
738

Bu dəfə Yaponiya haqqında maraqlı məlumatları diqqətinizə çatdıracağıq. 

Şübhəsiz ki, dünyada elmə və təhsilə ən çox dəyər verən ölkələrdən biri Yaponiyadır. Bu ölkə özünəməxsus adətləri ilə də hər zaman digər millətlərin marağına səbəb olur. "Gündoğan ölkə" adlanan Yaponiyada turizm, iqtisadiyyat, təhsil, film və bir çox sahə olduqca inkişaf edib. O zaman Yaponiyanı daha yaxından tanıyaq... 

Hit.az Yaponiya haqqında ən maraqlı 10 faktı təqdim edir:

1. Yaponiyanın 80 faizi dağlıqdır.
2. Həmin dağlıq ərazilərdə isə 100-dən çox vulkan var. Hətta dünyadakı aktiv vulkanların sayının 10 faizi də məhz Yaponiyanın payına düşür. 
3. Yaponiyada ayaqqabı çıxarmaq nəzakət göstəricisidir. Bu ölkədə bir evə daxil olarkən mütləq şəkildə ayaqqabılar çıxarılır.
4. Yaponiyada 126 milyondan çox insan yaşayır. Bu göstəriciyə görə də həmin ölkə dünyanın ən çox əhali sayına sahib ölkələrindən biridir. 
5. Dünyanın ən uzun ömürlü insanları da məhz Yaponiyada yaşayırlar. Orada orta ömür 84 yaş hesab olunur. 
6. Qəribə bir faktla davam edirik. Yaponiya Yamaykanın il ərzində istehsal etdiyi qəhvənin 80 faizini idxal edir.
7. Yaponiyada insanlar yeməklərini adətən tək yeyirlər. Buna görə də Yaponiyadakı restoranlarda bir nəfərlik masalara çox rast gələ bilərsiniz. 
8. Dünyanın ən qədim şirkəti Yaponiyada yerləşir. Belə ki, 578-ci ildə Osaka şəhərində qurulan inşaat şirkəti "Konqo Qumi" dünyanın ən qədim şirkəti ünvanına sahibdir. 
9. Bir zamanlar dünyanın ən böyük balıq bazarı da Yaponiyada idi.
10. Yaponiya həm də dünyanın ən çox zəlzələ qeydə alınan ölkəsidir. Sözügedən ölkədə il ərzində təxminən 1500 zəlzələ baş verir. 

Pərviz

0