ABŞ-ın keçmiş prezidenti Donald Trampın ehtimal olunan yenidən prezident seçilməsi Avropa üçün təhlükə yaradacaq.
HİT.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard "France 2" telekanalına müsahibəsində deyib.
"Əgər biz tarixdən, yəni onun mandatının ilk dörd ilini necə idarə etdiyindən öyrənmək istəyiriksə, bu, açıq-aydın təhlükədir", deyə Laqard bildirib.
O, Trampın ticarət tarifləri, NATO öhdəliyi və iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı təklif etdiyi siyasətlərə baxmağı təklif edib. Avropa Mərkəzi Bankının rəhbəri qeyd edib ki, ən azı bu üç sahədə keçmişdə Amerikanın maraqları Avropa maraqları ilə üst-üstə düşməyib.
Laqard əlavə edib ki, o, Trampın yenidən prezident seçilməsinin Ukraynaya verdiyi dəstəkdə Avropanı tək qoyacağına inanmır.
"ABŞ Konqresində Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibəyə dərin düşmən münasibət bəsləyən və Ukraynanı maliyyələşdirməyə və dəstəkləməyə davam edəcək bir sıra üzvlər var", deyə Laqard vurğulayıb.
Samir