Çin prezidenti Si Szinpin husilərin ticarət gəmilərinə hücumlarının ticarət üçün yaratdığı risklərə baxmayaraq, Qırmızı dəniz uğrunda döyüşdən çəkinir.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
"ABŞ və Böyük Britaniya İranın dəstəklədiyi husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumunu dayandırmaq üçün hava hücumları təşkil edərkən, Çin yenidən məmnuniyyətlə kənarda oturur", deyə məqalədə qeyd edilir.
Agentliyin analitiki hesab edir ki, Çin lideri üçün itkilər hələlik müdaxilə risklərini və hərəkətsizliyin faydalarını üstələyəcək qədər yüksək deyil. Si Szinpin gözləyə və ABŞ və müttəfiqlərinin Yaxın Şərqin bəzi bölgələrində anti-Amerika əhval-ruhiyyəsini alovlandıraraq husilərlə döyüşməsinə icazə verə bilər. Eyni zamanda Pekin özünü neytral hakim kimi təqdim edir və qüvvələrinin əksəriyyətini Tayvanda və ya cənubda döyüşməyə hazır saxlayır.
Qeyd edək ki, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə Ənsar Allah hərəkatının 16 hədəfinə 60-dan çox hədəfə hücum edib.
Samir