Alman politoloq: "Almaniya xalqı Rusiya ilə münaqişə ehtimalına inanmır"

DÜNYA
20:40 / 15.01.2024
327

"Almaniya ictimaiyyəti Rusiya ilə münaqişə ehtimalına inanmır". 

HİT.az xəbər verir ki, bunu alman politoloq Aleksandr Rahr “Vzqlyad” qəzetinə müsahibəsində Almaniyada Rusiya ilə müharibə planı barədə "Bild" nəşrinin yazısını şərh edərkən bildirib. 

Onun fikrincə, bu məqalə xarici hərbçilərin Ukraynaya göndərilməsi zərurəti ilə bağlı ictimai rəyin hazırlanmasına hesablana bilər.

"Bild" qəzeti təxribatları və ehtirasları qızışdırması ilə tanınır. Buna görə də, "Bild" köşə yazarı Julian Röpkenin yazısını "duz dənəsi" ilə qəbul etmək lazımdır. Bu məqalənin hansı kontekstdə yayımlandığını başa düşmək vacibdir. ABŞ Ukraynanı silahla təmin etməkdən imtina edir və bu vəzifəni avropalıların üzərinə qoymağa çalışır", deyə Rahr qeyd edib.

Onun fikrincə, onlar Almaniyanı Ukraynaya maliyyə yardımının əsas donoru olmağa məcbur etmək istəyirlər.

"Bild" qəzeti iddia edir ki, Bundesverdən Almaniya Federativ Respublikasının Rusiya ilə müharibə planı hazırlamasından bəhs edən məxfi sənəd əldə edib. İddia olunur ki, münaqişə 2025-ci ildə Ukraynanın məğlubiyyətindən sonra başlaya bilər. Rusiya Federasiyasının Suvalki dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun yeridəcəyi iddia edilir və NATO buna şərq cinahına 300 min əsgər göndərməklə cavab verəcək.

Samir

0