HƏMAS ağ bayraq qaldırana qədər müharibə davam edəcək

DÜNYA
20:05 / 15.01.2024
446

İsrail radikal HƏMAS hərəkatı ağ bayraq qaldırana qədər ona qarşı müharibəsini davam etdirəcək. 

HİT.az xəbər verir ki, bunu "Bloomberg"ə müsahibəsində İsrailin iqtisadiyyat naziri Nil Barkat deyib.

O vurğulayıb ki, HƏMAS təslim olmalı və oktyabrın 7-də oğurlanmış və hələ də Qəzza zolağında saxlanılan bütün israilli girovları geri qaytarmalıdır.

Qeyd edək ki, oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı tərəfdarının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb, onun məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsidir.

Noyabrın 22-də İsrail və HƏMAS humanitar fasilə və bəzi girovların azad edilməsi barədə razılığa gəliblər. Atəşkəs həftəsi ərzində HƏMAS 110 girovu geri qaytarıb.

Samir

 

0