Polşa xarici işlər nazirinin müavini Anjey Şeyna bildirib ki, təhlükəli bir zamanda ABŞ prezidenti Co Bayden Polşa üçün "göydən gələn hədiyyə"yə çevrilib.
HİT.az xəbər verir ki, nazir müavini bu barədə "Rzeczpospolita"ya müsahibəsində danışıb.
"Bayden ölkəmizə cənnətdən bir hədiyyədir və ümid edirəm ki, cənnət bu hədiyyəni bizdən tez almaz", deyə nazir müavini bildirib.
Diplomat Ağ Evin keçmiş prezidenti Donald Trampa qarşılıqsız sevgisi olan və 2020-ci il seçkilərindən sonra uzun həftələr Baydenin qələbəsini tanımaq istəməyən Qanun və Ədalət Partiyasının (PiS) buraxdığı səhvi təkrarlamaq istəmədiyini bildirib.
Qeyd edək ki, bu müddət əvvəl Polşada keçirilən seçkilərdə PiS çoxluq əldə etsə də, bu, hökumət qurmaq üçün yetərli olmayıb və Donald Tuskun rəhbərlik etdiyi koalisiya yeni hökumət qurub.
Aydın