Böyük Britaniya müdafiə naziri Qrant Şapps bildirib ki, bütün dünyada silahlı münaqişələrin sayı sürətlə artır və Ukraynanın mövcudluğu üçün 2024-cü il həlledici ola bilər.
HİT.az Britaniya hökumətinin saytına istinadən xəbər verir ki, o, bu fikri Londonda "Lancaster House"da çıxışı zamanı bildirib.
"2024-cü il dönüş nöqtəsi olmalıdır. Ukrayna üçün bu, onların millətinin taleyinin həll oluna biləcəyi il olacaq", deyə Şapps bildirib.
Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, onun ölkəsi Ukraynaya sarsılmaz dəstək verir və başqalarını da buna təşviq edir. Onun sözlərinə görə, 2015-ci ildən bəri 60 mindən çox ukraynalı hərbçi Britaniyada təlim keçib. Eyni zamanda, London müdafiə qabiliyyətini artırmağa çalışır - 2024-cü ildə bu məqsədlər üçün xərclər rekord səviyyəyə çatacaq, Böyük Britaniyanın hərbi büdcəsi ilk dəfə olaraq 50 milyard funt-sterlinqi (indiki məzənnə ilə 63 milyard dollar) keçəcək.
Yanvarın 12-də Böyük Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna prezidenti Volodimir Zelenski ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair tarixi saziş imzalayıblar. O, Londonu Ukraynanı müdafiə etmək üçün “sürətli və davamlı” dəstək verməyə məcbur edir.
Eyni zamanda, İngiltərənin Ukraynanı uzaqmənzilli raketlər və artilleriya mərmiləri ilə təmin edəcəyi, lakin münaqişənin birbaşa iştirakçısına çevrilməyəcəyi açıqlanıb.
Samir