Çin dünyanın ən maraqlı ölkələrindən biri hesab olunur.
Çin elm və texnologiya cəhətdən dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Sözügedən ölkədəki qəribə faktlar isə digər dövlətlərdə yaşayan insanların marağına səbəb olur. Ümumiyyətlə, Çin fərqliliyi və özünəməxsusluğu ilə də diqqət çəkir.
Hit.az Çinlə bağlı maraqlı 10 faktı təqdim edir:
1. Çin ərazisinə görə Rusiya, Kanada və ABŞ-dən sonra dünyanın ən böyük 4-cü böyük ölkəsidir.
2. Lakin Çin ərazisinə görə Asiyanın ən böyük ölkəsi olma ünvanına sahibdir.
3. Dünyanın ən böyük 20 şəhəri siyahısında da Çinin 5 şəhəri var.
4. Çində hər 5 gündə bir göydələn tikilir.
5. Çində beş fərqli zaman dilimi olsa da, ümumi olaraq “Pekin vaxtı” hər yerdə istifadə olunur.
6. Çində yüzdən çox şəhərdə yaşayan insanların sayın 1 milyondan artıqdır.
7. Çinin dəmir yolu Yer kürəsini iki dəfə dövrə vura biləcək uzunluqdadır.
8. Həmçinin, dünyadakı 41,222 km yüksək sürətli qatar relslərinin 26,869 km-i Çindədir ki, bu da ümumi yüksək sürətli qatar relslərinin 65 faizinə uyğundur .
9. Çin dünyada ən uzun quru sərhədinə malik ölkədir. Sözügedən ölkənin 14 ölkə ilə sərhədi var.
10. Çində ortalama hesabla təxminən 34 uşaq dünyaya gəlir.
Pərviz