Kiyev meri Ukrayna hakimiyyətini müstəqil mediaya hücumlarda ittiham etdi

DÜNYA
19:19 / 16.01.2024
314

Kiyevin meri Vitali Kliçko Ukrayna hakimiyyətini müstəqil mediaya hücumlarda və təqiblərdə ittiham edib. 

HİT.az xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yazıb.

Kiyev merinin sözlərinə görə, hakimiyyət müstəqil media və jurnalistləri tənqid və narazılıqlarına görə sıxışdırır.

"Anonim hökumətyönlü "Telegram" kanallarından axan yalan və manipulyasiya axınları... Hüquq-mühafizə orqanları nəhayət ki, ora-bura qaçmağı dayandırmalı və hakimiyyətin göstərişi ilə bəyənmədikləri siyasətçi və sahibkarların kabusuna çevirilməməli, yalan sifariş verən və yayan, jurnalistlərə qarşı təxribatların arxasında dayananların kimliyini araşdırıb müəyyən etməlidirlər", deyə Kliçko qeyd edib.

O, əlavə edib ki, siyasi qarşıdurmanın "bataqlıqda qarışması" Ukraynanın dünyadakı imicinə xələl gətirir və Kiyevin uğrunda mübarizə apardığı demokratik prinsipləri məhv edir.

Samir

0