İsrail: "Bu, Qəzza sakinləri üçün ata biləcəyimiz ən humanist addımdır"

DÜNYA
18:25 / 16.01.2024
349

İsrailin milli infrastruktur, energetika və su nazirliyinin rəhbəri İsrael Katz Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə söhbəti zamanı deyib ki, Fələstinin radikal HƏMAS hərəkatının məhv edilməsi yəhudi dövlətinin Qəzza zolağı və onun sakinləri üçün ata biləcəyi ən humanist addımdır. 

HİT.az bu barədə TASS-a istinadən xəbər verir.

"Avstriyaya oktyabrın 7-də HƏMAS-ın vəhşi terror hücumunu açıq şəkildə pisləməsinə və sarsılmaz dəstəyə görə minnətdarlığımı bildirdim. Mən ona vurğuladım ki, HƏMAS-ın məhv edilməsi İsrailin Qəzza xalqı və bütün regionun gələcəyi naminə edə biləcəyi ən humanist addımdır", deyə Katz bildirib.

İki dövlətin nazirləri bütün girovların vətənə qaytarılması üçün ölkələrin region dövlətləri ilə əməkdaşlığını da müzakirə ediblər. Bundan əlavə, Katzın sözlərinə görə, Şallenberq onun İsrailə səfər dəvətini qəbul edib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının şimalında aktiv döyüş əməliyyatları mərhələsini başa vurub və yaxın gələcəkdə Fələstin anklavının cənubunda intensiv döyüşləri dayandırmaq niyyətindədir.

Samir

0