Kübra Əliyeva ad günündəki "içki məclisi"ndən danışdı - VİDEO 

MAQAZİN
19:36 / 16.01.2024
435

Əməkdar artist Kübra Əliyeva ailəsinin ad günündə tənqid edildiyi videoya aydınlıq gətirib.

Aktrisa Hit.az-a açıqlamasında bildirib ki, bu qabaqcadan hazırlanmış bir səhnə olub:

“Bu mənim nəticəmin ad günü idi. Ürəklərindən keçdi ki, tədbirdə belə bir səhnə oynayaq. Mən də razılaşdım. Qızım Bakıda yaşayır. Nəticəm də rus dilində təhsil alır. Bu bir zarafat idi. Biz içki içən deyilik, sadəcə əlimizdə tutmuşuq. Tənqid edirlər ki, içki içirlər, niyə rus dilində danışırsınız? Bəyəm rus dilində danışmaq qadağan edilib Azərbaycanda? Bu gün hansı müəssisəyə gedirsən deyir rus, ingilis dilini bilirsən? Nəticə, nəvə, qızım və nənə... Hələ bir nəvəm də var, kaş ki, burda olaydı”. 

Əməkdar artist onu tənqid edənlərə mesaj ünvanlayıb:

“Allah hamıya nəsib eləsin, görəsiniz ki, nəticə sevinci nədir”.

Azra

0