Əməkdar artist: "Niyə özümü gülünc vəziyyətə salım?"

MƏDƏNİYYƏT
11:04 / 17.01.2024
679

Əməkdar artist Nəsibə Eldarova 65 illik yubileyini qeyd edib.

Aktrisa Hit.az-a açıqlamasında ad gününü keçirmədiyini bildirib:

"Bütün günü evdə oldum. Yubileydir, yaşımı qeyd etməyi sevmirəm. Yaş üstünə yaş gəlir, onun nəyini qeyd edəcəm. Allahdan özümə can sağlığı arzulayıram, səhnədə olum və rollarım olsun. Mənim teatrdan başqa heç nəyim yoxdur. Səhnə olmasa ölərəm".

Aktrisa teatrda hazırda quruluş verilən tamaşalarda hələ rol almadığını vurğulayıb:

"Repertuarda olan tamaşalarda varam, oynayıram. Elə bir adamam ki, görəndəki fiziki olaraq gücüm yoxdur, özüm gedərəm. Niyə özümü gülünc vəziyyətə salım?"

Azra  

0