İsrailin hərbi kabinetindəki fikir ayrılıqları münaqişənin həlledici mərhələsində ölkənin Qəzza zolağında hərbi strategiyasını poza bilər.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" qəzeti yazıb.
Məqalədə deyilir ki, baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və İsrail ordusunun keçmiş rəisi Benni Qantz iki məsələdə açıq şəkildə fikir ayrılığına malikdir: İsrailin münaqişəyə son qoymaq və girovları azad etmək üçün danışıqlar aparmalı olub-olmaması və müharibə bitdikdən sonra Qəzzanı kimin idarə etməli olduğu.
WSJ vurğulayır ki, İsrail rəhbərliyindəki ziddiyyətlər Vaşinqtonun mülki əhali arasında itkilərin qarşısını almaq üçün təzyiqləri, həmçinin hakimiyyətin bütün girovları geri qaytara bilməməsi səbəbindən daha da pisləşib.
Nəşr qeyd edir ki, ordunun keçmiş rəhbəri 130-a yaxın girovun qaytarılması üçün HƏMAS-la danışıqların tərəfdarıdır, baş nazir və Müdafiə Nazirliyinin rəhbəri isə yalnız hərbi təzyiqlərin qruplaşmanı güzəştə getməyə məcbur edəcəyinə inanır.
Məqalədə həmçinin deyilir ki, İsrail minlərlə HƏMAS döyüşçüsünü öldürdüyünü bildirib və qruplaşmanın hücum etmək imkanını inkar edir, halbuki ölkə indiyədək HƏMAS-ı tamamilə məhv etmək kimi ilkin məqsədinə nail ola bilməyib.
Samir