ABŞ-ın dövlət katibi Entoni Blinken İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukraynada uzunmüddətli atəşkəslə bağlı danışıqlar üçün heç bir perspektiv görmədiyini bildirib.
HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Hazırda mən bu perspektivləri görmürəm", deyə Blinken bildirib.
Belə ki, o, Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması üzrə məsləhətləşmələrin başlanmasının mümkünlüyü barədə sualı cavablandırıb.
Blinken həmçinin Ukrayna prezidenti Volodimir Zelenskiyə Vaşinqtonun mövcud maliyyə problemlərinə baxmayaraq Kiyevi dəstəkləməyə davam edəcəyinə söz verib.
Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirmişdi ki, ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyası Ukrayna Silahlı Qüvvələrinin təlimlərinin əhatə dairəsini genişləndirir. Onun sözlərinə görə, Ağ Ev Ukraynaya silah tədarükü üçün lazımi resursları ayırmaq üçün ikitərəfli dəstək qazanmağa çalışır.
Samir