"Daha əvvəl alman mətbuatı tərəfindən dərc edilmiş Rusiya qoşunlarının NATO-ya hücum planı deyilən plan çətin bir ssenaridir, çünki Rusiya üçün ikinci cəbhə açıb NATO-ya hücum etmək sərfəli deyil".
HİT.az "Delfi"yə istinadən xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi bildirib.
Nazirlikən verilən məlumata görə, Ukraynada müharibə başa çatana qədər Rusiya çətin ki, prioritetləri yenidən bölüşdürsün və qüvvələrini başqa ərazilərdə yığmağa başlasın. İndi Moskva əhəmiyyətli qüvvələri cəmləşdirib və onları daim cəbhə xəttində artırır.
Litvada güman edilirdi ki, Rusiya qərb regionunda qüvvələrini artırmaq niyyətindədir və buna görə də Baltikyanı respublika hərbi infrastrukturu və hərbi hissələri genişləndirmək planları hazırlayıb.
Yanvarın 15-də “Bild” qəzeti bundesverdən Almaniya Federativ Respublikasının Rusiya ilə müharibə planı hazırlamasından bəhs edən məxfi sənəd aldığını bildirib. Qəzet qeyd edib ki, münaqişə 2025-ci ildə Ukraynanın məğlubiyyətindən sonra başlaya bilər. Rusiya Federasiyasının Suvalki dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun yeridəcəyi iddia edilir və NATO şərq cinahına 300 min əsgər göndərməklə cavab verəcək.
Samir