İsrail hakimiyyətinin Vaşinqtona anklava hücumların intensivliyini azaltmaq vədləri fonunda İDF Qəzza zolağında hərbi əməliyyatın intensivliyini dəyişməmək üçün ölkədə təzyiq altındadır.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın “Wall Street Journal” qəzeti yazıb.
"Bu ay İsrail həyati müttəfiqi olan ABŞ-a onlarln təkid etdiyi hava hücumlarının intensivliyini azaltmaqla Qəzzanın cənubunda HƏMAS-a qarşı daha diqqətli bir yanaşma ilə mübarizə aparacağına söz verdi. Amma İsrail həm də HƏMAS-la mübarizədən geri çəkilməməsi üçün hərbçilərə təzyiq edir. Yüksək rütbəli zabitlər döyüşlərin daha bir neçə ay davam edə biləcəyi barədə xəbərdarlıq edirlər", deyə nəşr qeyd edib.
Bundan əvvəl bildirilmişdi ki, yerli sakinlərin cənuba köçməsi fonunda Qəzza zolağında atəşkəs Fələstin HƏMAS hərəkatının güclənməsinə imkan verəcək və bu, İsrail üçün strateji məğlubiyyətə çevrilə bilər.
Samir