NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer qlobal gərginliyin artması fonunda Alyansın döyüş qabiliyyətinin transformasiyasına çağırıb.
HİT.az “European Pravda”ya istinadən xəbər verir ki, o, Brüsseldə iki günlük iclası açaraq, təşkilatın "hər şeyin ola biləcəyi" və "gözlənilməzlərin gözlənildiyi" dövrə hazırlaşmalı olduğunu deyib.
"Gələcəkdə tam effektiv olmaq üçün bizə NATO-nun imkanlarının transformasiyası lazımdır...", deyə Bauer bildirib.
Onun sözlərinə görə, Alyansın kollektiv müdafiədə istədiyinə nail olmaq üçün hərbi sahədə daha çox işlər görülməlidir. O, iqtisadiyyatın dövlət və özəl sektorları arasında əməkdaşlığın bu məsələdə əsas amil olacağını vurğulayıb.
"Ukraynanı mövcud mübarizəsində dəstəkləyərkən kollektiv müdafiəmizi gücləndirmək üçün bizə icma əsaslı yanaşma lazımdır", deyə Bauer vurğulayıb.
Samir