Kosovonun müdafiə naziri Eyup Makedonci bildirib ki, 75 milyon dollar dəyərində “Javelin” tank əleyhinə raketlərin tədarükü Kosovonun müdafiəsi üçün alınan sistemlər ABŞ Konqresində təsdiq olubacaq.
HİT.az xəbər cerir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Bütün bu sistemlər Kosovonu işğal və ya hər hansı digər təhlükə zamanı qorumaq üçün kifayət qədər imkanlar yaratmaq naminə əldə edilib", deyə Makedonci bildirib .
Bundan əvvəl ABŞ Dövlət Departamenti tanınmamış Kosovo Respublikasına ümumi məbləği 75 milyon dollar olan "Javelin" tank əleyhinə raket komplekslərinin (ATGM) mümkün satışını təsdiqləyib.
Vaşinqton Pristinaya 246 "Javelin" raketləri və 24 yüngül nişangah və buraxılış qurğuları, həmçinin müvafiq avadanlıqlar sata bilər.
Dekabrın sonunda ABŞ hakimiyyətinin NATO missiyası çərçivəsində Ayova Milli Qvardiyasından onlarla əsgəri Kosovoya göndərəcəyi barədə məlumat yayılmışdı. Bundan əvvəl Kosovo Rusiyaya görə ABŞ-dan kömək istəyib.
Samir