"Həddindən artıq acı bibər yemək olmaz".
Bu sözləri qida məsələləri üzrə ekspert Ağa Salamov Hit.az-a açıqlamasında deyib.
O diqqətə çatdırıb ki, acı bibər balanslı şəkildə qida rasionuna əlavə olunmalıdır:
"Amma mədə xorasından və onikibarmaq bağırsaq xorasından əziyyət çəkənlər, eləcə də xroniki qastrit və ya yemək borularında olan hansısa xəstəlikdən əziyyət çəkən insanlar həkim məsləhəti olmadan acı bibər yeməməlidirlər.
Acı bibər yemək çox vaxt insanda hıçqırığa səbəb olur. Ona görə də hıçqırıqdan əziyyət çəkən insanların da acı bibərdən bir qədər uzaq durmaları tövsiyə olunur. Çünki acı bibəri sağlam adam belə yeyəndə onu hıçqırıq tuta bilir".
Ekspert qeyd edib ki, acı bibər və istiot iştahın açılmasına da səbəb olur:
"Ona görə də pəhrizdə olan insanlara acı bibərdən çox istifadə etmək tövsiyə olunmur. Həmin aclığı basdırmaq üçün nə isə yemək və ya içmək istəyir. Həmçinin, insan onu yeyən zaman aca bilir.
Düzdür, acı bibərin piyləri yandırdığı üçün idmançılara və pəhrizdə olanlara faydası da var. Buna baxmayaraq, onlar da iştah açan olduğu üçün acı bibəri az yeməyə diqqət etməlidirlər".
Pərviz