Yenidən seçilsə, Aİ-də islahatlar planı təqdim edəcək

DÜNYA
21:42 / 18.01.2024
382

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ikinci müddətə seçiləcəyi təqdirdə Avropa İttifaqında islahatlar planı hazırlayır. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşrin məlumatına görə, fon der Leyen Avropa Parlamentinin üzvlərinə Avropa İttifaqı müqavilələrində islahatların aparılması ilə bağlı təkliflər aldığını bildirib. Fevralda Avropa Komissiyası bu ideyaları Avropa Parlamentinə və Avropa Şurasına təqdim edəcək.

"Politico"nun Avropa İttifaqı həmsöhbətləri qeyd ediblər ki, söhbət islahatların siyasi birliyin genişlənməsi ilə əlaqələndirilməsi üçün yol xəritəsindən gedir. Nəşrin mənbələri vurğulayır ki, islahatlar Avropa İttifaqının Ukraynanı və Balkan yarımadası dövlətlərini üzvlüyünə qəbul etməyə hazır olana qədər tamamlanmalıdır.

Mətndə deyilir ki, hadisələrin bu inkişafı Avropa İttifaqının genişlənməsini dəstəkləyən, lakin icma daxilində islahatları istəməyən üzv ölkələrdən dəstək almağa imkan verəcək.

Bundan əvvəl "Politico" yazmışdı ki, 2024-cü ilin noyabrında səlahiyyətləri başa çatacaq Ursula fon der Leyenin Avropa Komissiyasının (AK) rəhbəri vəzifəsinə yenidən seçilməsi qitədə sağçı partiyaların artan populyarlığına görə sual altında ola bilər. 

Samir

0