ABŞ-ın qlobal dəniz nizamını qorumaq cəhdi uğursuz olub

DÜNYA
20:12 / 18.01.2024
641

Qərbin qlobal dəniz nizamını qorumaq cəhdləri uğursuzluğa düçar olub, az sayda ölkə ABŞ-ın Qırmızı dənizdəki əməliyyatına qoşulub.

HİT.az xəbər verir ki, bu barədə Amerikanın “Wall Street Journal” qəzeti yazıb.

"Qərbin qlobal dəniz nizamını qorumaq cəhdləri uğursuzluğa düçar oldu. Görünən odur ki, heç nə işləmir", deyə nəşr yazır.

Tezisin təsviri ilə qəzet Qərbin qlobal dəniz nizamı sahəsində uğursuzluğunu göstərən bir sıra amillərə diqqət çəkir. Məsələn, Filippin sahillərində Çin gəmiləri Filippinin təchizat gəmilərinə toqquşur və onlara qarşı su şırnaqlarından istifadə edir, Çin öz flotiliyasını inkişaf etdirir.

Bundan əlavə, nəşrin məlumatına görə, son üç il ərzində İran Hörmüz boğazında təxminən 20 ticarət gəmisinə hücum edib.

Qəzetə görə, çox az ölkə "Prosperity Guardian"a (ABŞ-ın Qırmızı dənizdə husilərə qarşı “Rifahat Keşikçisi” əməliyyatı) qoşulub.

Samir

0