NATO qüvvələrinin Avropadakı keçmiş ali komandanı, general Filip Bridlav Qərbi Ukraynaya Krımı vurmaqda kömək etməyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
Onun sözlərinə görə, Qərb Ukraynaya Krıma zərbə endirmək imkanı verərsə, Rusiya regiondakı mövqeyini yenidən nəzərdən keçirməli olacaq.
Bredlav yarımadaya bir neçə dəfə hücum etmək və orada yerləşən rus ordusu hissələrini məhv etmək lazım olduğunu bildirib.
Bu həftə ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodces də "Sestry" onlayn jurnalına müsahibəsində Krımı həlledici ərazi adlandırıb. Onun sözlərinə görə, yarımadanı ələ keçirmək və təcrid etmək üçün Ukrayna Silahlı Qüvvələrinə yüksək dəqiqlikli uzaqmənzilli silahlar lazım olacaq.
Hodcesin sözlərinə cavab olaraq Krım Parlamentinin İctimai Diplomatiya və Millətlərarası Əlaqələr Komitəsinin sədr müavini İvan Şonus Krımın nüvə dövlətinin bir hissəsi olduğunu ABŞ-a xatırladıb.
Samir