Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza zolağında İsrail və HƏMAS arasında münaqişənin bütün Yaxın Şərq regionuna yayılma tendensiyası olduğunu bildirib.
HİT.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
“Təəssüf ki, Qəzzada böhran qonşu ölkələrə, bölgəyə, o cümlədən Körfəz ölkələrinə yayılmağa meyllidir", deyə Fidan bildirib.
Türkiyənin xarici işlər naziri vurğulayıb ki, təhlükəsizlik təhlükəsi İsrailə deyil, Fələstinə və digər ölkələrə aiddir.
O, beynəlxalq ictimaiyyətin və İslam dünyasının Yaxın Şərqdə sülhün təmin edilməsi üçün hər cür səy göstərməli olduğunu qeyd edərək, döyüş əməliyyatlarının tezliklə dayandırılmasına çağırıb.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın başqa dövlətlərin hücumuna məruz qaldığını bildirmişdi. Onun sözlərinə görə, buna səbəb respublikanın Yaxın Şərq münaqişəsi ilə bağlı mövqeyi və beynəlxalq ictimaiyyəti Fələstin xalqını müdafiə etməyə açıq çağırışları olub.
Samir