Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib ki, ölkə hakimiyyəti Avropa ilə Asiya arasında birləşdirici körpüyə çevrilmək üçün əlindən gələni edəcək.
HİT.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
“Gürcüstan coğrafi baxımdan çox önəmlidir. Biz dəfələrlə Orta Dəhlizin (Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçən Nəqliyyat Dəhlizi) inkişafının vacibliyindən danışmışıq. Bu, əsas prioritetlərdən biridir. Gələcəkdə biz Gürcüstanın bir tərəfdən etibarlı tərəfdaş, digər tərəfdən isə iki qitə arasında körpü olması üçün səylərimizi əsirgəməyəcəyik", deyə nazir bildirib.
Bundan əvvəl hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bəyan edib ki, Gürcüstan və gürcü cəmiyyəti 2030-cu ilə qədər Avropa İttifaqına daxil olmağa hazır olacaq.
Samir