Belarus NATO ilə dialoqu bərpa etmək üçün şərti açıqladı

DÜNYA
22:20 / 19.01.2024
580

Alyansın aqressiv ritorikaya son qoyması şərti ilə Belarus NATO ilə praqmatik dialoqu bərpa etməyə hazırdır. 

HİT.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Viktor Xrenin deyib.

Onun sözlərinə görə, yanvarın 16-da Belarus Təhlükəsizlik Şurasının iclasında müzakirə edilən hərbi doktrinanın yenilənmiş variantında deyildiyi kimi, Minsk istənilən dövlətlərlə, o cümlədən NATO üzvləri ilə hərbi sahədə əməkdaşlığa açıqdır.

Xrenin qeyd edib ki, doktrinanın yenilənmiş variantında təhlükənin gəldiyi ölkələr sadalanır, həmçinin hərbi təhlükəsizliyə daxili və xarici təhdidlər xətti, respublikanın müttəfiq öhdəlikləri və taktiki nüvə silahından istifadə məsələsində mövqeyi açıqlanır. Sənəddə həmçinin münaqişələrin növlərinin təsnifatı və onlara cavab tədbirləri yenilənib.

Nazir qeyd edib ki, yenilənmiş hərbi doktrina Avropada vəziyyətin nizamlanması və ölkələr arasında sülh dialoqunun başlanması üçün əsas ola bilər.

Sənədi Təhlükəsizlik Şurasının iclasında müzakirə etdikdən sonra onlar onu yekunlaşdırmaq və daha sonra aprel ayına planlaşdırılan ÜmumBelarus Xalq Assambleyasının təsdiqinə təqdim etmək qərarına gəliblər.

Samir

0