Niderlandın baş naziri Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyinin tərəfdarları onun yaya qədər Alyansın yeni baş katibi olmasını təmin etmək üçün çalışırlar.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məsələ ilə tanış olan insanların sözlərinə görə, Niderlandın baş naziri Mark Ruttenin NATO-ya rəhbərlik etmək təklifini dəstəkləyən ölkələr yarışın bu yaya qədər bitməsini təmin etmək üçün pərdə arxasında çalışırlar.
Qeyd edilir ki, qərar Şimali Atlantika Müqaviləsi Təşkilatının 31 üzvü arasında yekdil olmalıdır və Niderland lideri artıq səlahiyyət müddəti 2024-cü ilin oktyabrında başa çatacaq hazırkı baş katib Yens Stoltenberqdən sonra aşkar favoritdir.
"Bloomberg" mənbələri bəzi Şərqi Avropa ölkələrinin Rutteyə hələ də dəstək verməli olduqlarını söyləyib.
Samir