Fələstin Muxtariyyəti Qəzzada hakimiyyətdə ola bilər

14:17 / 19.01.2024
581

İsrail müxalifətinin lideri Yair Lapid etiraf edib ki, Fələstin Milli Administrasiyası (PNA) müharibədən sonrakı Qəzza zolağının idarə olunmasında xüsusi rol oynaya bilər. 

HİT.az xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.

"Əgər Fələstin Administrasiyası real islahat apararsa, onun mülki aparatı Qəzzada bəzi komponentlərdə istifadə oluna bilər", deyə Lapid bildirib.

Eyni zamanda o, Qəzza zolağında Fələstin dövlətinin yaradılmasının çətin olduğunu vurğulayıb.

Nəşr qeyd edir ki, İsrailin baş naziri Benyamin Netanyahu dəfələrlə Fələstin Muxtariyyətinin Qəzzanın gələcəyində heç bir rol oynamamalı olduğunu bəyan edib.

Bundan əvvəl Fələstinin baş naziri Məhəmməd Ştayye demişdi ki, Netanyahu Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllinə imkan verməyəcək.

Samir

0