Açıq ürək əməliyyatı olunun Əməkdar artistin son durumu

MƏDƏNİYYƏT
15:01 / 19.01.2024
662

Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrı Sərvər Əliyev xəstəxanadan evə buraxılıb.

Bu barədə Hit.az-a açıqlamasında rejissorun özü bildirib. Rejissor özünü narahat hiss etdiyini vurğulayıb:

“Şükürlər olsun Allaha, ağır bir əməliyyatdan sonra artıq evimdəyəm. Açıq ürək əməliyyatı insan üçün riskdir, heç kəsə arzu etmirəm. Amma özümü halsız hiss edirəm. Ümid edirəm ki, bunlar zamanla keçib gedəcək. Narahat olan hər bir kəsə salamlarımı çatdırın”.

Qeyd edək ki, Əməkdar artist yanvarın 12-də açıq ürək əməliyyatı olunub.

Azra 

0