NATO qorxur ki, Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ-ı Alyansdan çıxara bilər.
HİT.az xəbər verir ki, bu barədə NATO-nun siyasi planlaşdırma üzrə keçmiş rəhbəri Fabris Pottier "Newsweek"ə müsahibəsində bildirib.
"NATO rəhbərliyi arasında narahatlıq var ki, Tramp bu dəfə ABŞ-ın Alyansdan çıxmasına ciddi yanaşacaq", deyə Pottier bildirib.
Yanvarın 16-da Amerikanın “Politico” qəzeti yazıb ki, Trampın Ağ Evə gəlməsi perspektivi Avropa İttifaqı rəsmilərini narahat edir. Avropa İttifaqı ticarət və qitə təhlükəsizliyinin pozulmasından qorxur.
Həmin gün "Bloomberg" məqalə dərc edərək, ABŞ-ın bir çox müttəfiqinin Donald Trampın 2024-cü ilin payızında prezident seçkilərində qalib gələ biləcəyindən narahat olduğunu bildirib.
Yanvarın 10-da Donald Trampın Avropa İttifaqının nümayəndələri ilə təkbətək söhbətində ABŞ-ın quruma hücum ediləcəyi təqdirdə ona kömək etməyəcəyi barədə xəbərdarlıq etdiyi bildirilib.
Samir