Lukaşenko: \"Sülh bahadır, bunun üçün pul ödəməlisən\"

23:00 / 19.01.2024
644

"Belarus dövləti və onun sakinləri heç vaxt indiki kimi qorunmayıb". 

HİT.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

"Sülh bahadır. Bunun üçün pul ödəməlisən. Ancaq narahat olmaq lazım deyil. Biz xalqımızı, dövlətimizi heç vaxt indiki kimi qorunmamışıq. Sistem qurulub, Silahlı Qüvvələr, səfərbərlik ehtiyatı, ərazi müdafiəsi, xalq milisi var. Hər şey düzülüb. İndiki mərhələdə hər şey kifayətdir", deyə Lukaşenko bildirib.

Bundan əvvəl Belarusun müdafiə naziri Viktor Xrenin bildirmişdi ki, Rusiya Federasiyası və Belarusun digər dövlətlər arasında düşməni yoxdur, lakin onlar öz xalqlarının maraqlarını müdafiə etməli və qarşılıqlı müttəfiqlik öhdəliklərini yerinə yetirməlidirlər.

2023-cü il dekabrın sonunda Belarus Müdafiə Nazirliyinin Radiotexnika Qoşunlarının polkovniki Aleksandr Vorobyov ölkənin qərb sərhədlərində hər gün üç-dörd növ xarici kəşfiyyat təyyarəsinin qeydə alındığını bildirib.

Samir

0