Ərəb ölkələrinin Qəzza zolağındakı vəziyyəti həll etmək üçün hazırladığı, Fələstin dövlətinin yaradılması və İsrailin Səudiyyə Ərəbistanı tərəfindən tanınması üçün çalışmasını nəzərdə tutan təklif İsrailin baş naziri Benyamin Netanyahunun Nazirlər Kabinetində dalana dirənib.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.
"Beş ərəb ölkəsi səssizcə ABŞ-ın dəstəyini aldıqları Qəzzada müharibədən sonra nizamlanmanın qurulmasını elan edirlər. Problem ondadır ki, razılaşmanın asılı olduğu israillilər bununla razılaşmırlar, deyə nəşr qeyd edib.
Müəlliflərinin regionda uzunmüddətli təhlükəsizlik üçün ən məqbul həll yolu adlandırdıqları təklifin "hazırda əlçatmaz olduğu" qeyd edilir.
"Bloomberg"ə danışan çoxsaylı rəsmilərdən ikisi deyir ki, baş nazir Benyamin Netanyahunun sağçı koalisiyası hakimiyyətdə qaldığı müddətdə bu cəbhədə irəliləyiş mümkün olmayacaq.
Nizamlanma planının hazırlanmasında iştirak edən ölkələr arasında Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və İordaniyadır.
Bundan əvvəl İsrail müxalifətinin lideri Yair Lapid etiraf etmişdi ki, Fələstin Milli Administrasiyası (PNA) gələcəkdə müharibədən sonrakı Qəzza zolağının idarə olunmasında rol oynaya bilər.
Samir