BMT: Qəzzada bir neçə min fələstinli İsrail tərəfindən gizli həbs olunub

17:20 / 19.01.2024
543

Oktyabrın 7-dən bəri bir neçə min fələstinli İsrail tərəfindən Qəzza zolağının hər yerində gizli saxlanılıb. 

HİT.az xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə BMT-nin İşğal olunmuş Fələstin Ərazisində İnsan Haqları İdarəsinin rəhbəri Ajit Sunqa deyib.

“Oktyabrın 7-dən Qəzzada bir neçə min fələstinli həbs olunub, lakin yerdəki təhlükəsizlik vəziyyəti və bu həbslərin Qəzza zolağının hər yerində həyata keçirilməsi səbəbindən dəqiq rəqəmlər söyləmək mümkün deyil", deyə BMT rəsmisi bildirib.

Sunqa əlavə edib ki, OHCHR-ə daxil olan məlumat fələstinlilərin, o cümlədən bir çox mülki şəxslərin ailələri, vəkilləri və ya effektiv məhkəmə müdafiəsi ilə əlaqəsi olmayan, tez-tez pis rəftara məruz qalan, geniş şəkildə həbs edildiyini təsdiqləyir.

Dekabrda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) oktyabrın 7-dən bəri İsraildə saxlanılan heç bir fələstinli məhbusla əlaqəsinin olmadığını və İsrail icazə verdikdən sonra istənilən vaxt ziyarətləri bərpa etməyə hazır olduğunu bildirmişdi.

Samir

0