Litvadan F-16 və HIMARS istehsalçısına çağırış

21:44 / 19.01.2024
375

Litvanın xarici işlər naziri Qabriel Landsberqis “Lockheed Martin” şirkətinin nümayəndələri ilə görüşü zamanı HIMARS çoxsaylı buraxılış raket sistemləri və F-16 qırıcı təyyarələrinin istehsalçısını ölkənin müdafiəsinə sərmayə qoymağa dəvət edib. 

HİT.az xəbər verir ki, bu barədə Litva XİN-in rəsmi saytında məlumat verilib.

"Biz Litvanın müdafiə sənayesinə investisiya üçün ən yaxşı şərtləri təklif edirik, lazımi təcrübəmiz var və ümid edirik ki, Litvanın müdafiə investisiyaları Litvada hərbi texnikanın təmiri və istehsalı üçün əsas olacaq", deyə press-relizdə qeyd edilir.

Landsberqis bundan əvvəl Ukrayna-Rusiya münaqişəsini uğurla həll etmək üçün Kiyevin müttəfiqlərinə silah tədarükünü 10 dəfə artırmaq lazım olduğu fikrini bildirmişdi. 

Yanvarın 19-da Litva prezidenti Gitanas Nauseda etiraf edib ki, Qərb ölkələri Ukraynadakı münaqişədən yorulub.

Bundan əvvəl Litva silahlı qüvvələrinin komandanı Valdemaras Rupşis Qərb ölkələrinin müdafiə potensialını itirdiyini, hərbi istehsal imkanlarının artdığını, lakin müasir tələblərə cavab vermədiyini bildirmişdi.

Samir

0