Bakıda tramvaylar hansı küçə və prospektlərdən keçəcək? - TƏFƏRRÜAT 

ÖLKƏ
09:55 / 20.01.2024
428

Bakının gələcək tramvay xəttlərinin xəritəsi hazırlanıb.

Xezerxeber.az xəbər verir ki, nəqliyyat məsələri üzrə ekspert, mühəndis Azər Axundov Bakı şəhərinin 2040-cı ilədək təsdiq edilmiş Baş İnkişaf Planının məlumatlarına əsaslanaraq, Baş Planda tikintisi nəzərdə tutulan paytaxtın gələcək tramvay xətlərinin xəritəsini hazırlayıb.

Ekspert bildirib ki, tramvay xəttlərinin bərpası Bakıda tıxacların qarşısını əhəmiyyətli şəkildə alacaq layihələrdən biri kimi qiymətləndirilir.
Azər Axundov onu da deyib ki, “28 May” metro stansiyasının ərazisi qovşaq olaraq nəzərdə tutulur. Bütün tramvay xəttlərinin sözügedən ərazidən kəsişməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

0