Bakı və İrəvan bir-birinə qarşı ərazi iddiasının olmamağına dair qarşılıqlı təminat tələb edir - Paşinyan

SİYASƏT
15:25 / 20.01.2024
581

Bakı və İrəvan bir-birinə qarşı ərazi iddiasının olmadığına dair qarşılıqlı təminat tələb edir.

HİT.az xəbər verir ki, bu barədə Paşinyanın "Facebook" səhifəsində paylaşılan çıxışında deyilir.

"Biz Azərbaycandan, Azərbaycan isə bizdən bir-birimizə qarşı heç bir gizli ərazi iddiamızın olmadığına dair əlavə qarşılıqlı təminat istəyir", - o deyib.

Paşinyan bunun iş prosesi olduğunu və bu cür nəzərdən keçirilməli olduğunu əlavə edib.

Qeyd edək ki, ötən il dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışında Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanətin lazım olduğunu bildirib.

"Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var", - deyə dövlət başçısı qeyd edib.

0