Fransa Xarici İşlər Nazirliyi Avropa İttifaqının yerli fələstinlilərə qarşı "təcavüzkar hərəkətlər edən" İordan çayının qərb sahilinin yəhudi sakinlərinə qarşı sanksiyalar tətbiq edəcəyini gözləyir.
HİT.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejournet deyib.
"Ümid edirəm ki, İordan çayının qərb sahilində zorakılıq edən məskunlaşanlara qarşı sanksiyalar yaxın günlərdə təsdiqlənəcək", deyə nazir bildirib.
Fransanın yeni xarici işlər naziri əlavə edib ki, o, əvvəllər Fələstinin HƏMAS hərəkatına qarşı sanksiyaların tətbiqini təsdiqləyib və həmçinin yerli sakinlərə yardımın çatdırılması üçün Qəzza zolağında atəşkəsin vacibliyini vurğulayıb.
Sejournet onu da qeyd edib ki, Paris Fələstin-İsrail münaqişəsinin iki dövlətin yaradılması əsasında həlli düsturunun tərəfdarıdır.
Bundan əvvəl Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell də Aİ xarici işlər nazirlərinin görüşü ərəfəsində Fələstin-İsrail probleminin iki dövlətin yaradılması əsasında həllini gözlədiyini bildirib.
Samir