Qış aylarında insanlar öz qida rasionlarına müxtəlif növ turşuları (şorabaları) da salırlar. Turşular nə qədər ləzzətli olsa da, sağlamlığa zərərləri də az deyil. Eləcə də hər il turşulardan zəhərlənmə hallarına rast gəlinir.
Bu gün Azərbaycanda həm açıq, həm də qapalı şəkildə sayda turşular satılır. Ancaq ekspertlər bildirir ki, bazarlarda açıq formada satılan turşular daha təhlükəlidir. Çünki onlarda müxtəlif kimyəvi reaksiyalar baş verir.
Qastroenteroloq Nadir Rüstəmov Hit.az-a şərhində bildirib ki, turşulardan zəhərlənmələrin bir neçə səbəbi ola bilər:
"Turşuların tərkibinə qatılan dərman vasitələri və ya kimyəvi vasitələr zəhərlənməyə səbəb ola bilər. Bəziləri turşu bağlayarkən, ona sıtramon, aspirin, tetraskilin və s. dərmanlar qatırlar ki, guya belə olanda turşu atmır. Bu dərmanların təsirindən də zəhərlənmə baş verir. Həmçinin, gigiyenik qaydalara əməl olunmayan zaman da turşular zəhərlənməyə səbəb ola bilər. Bazarlarda plastik qablarda satılan turşular da zəhərlənməyə səbəb ola bilər. Plastik qabın bir neçə dəfə istifadə edilməsi, turşunun tərkibində olan maddənin qabın tərkibində olan zəhərli maddəyə qarışması zəhərlənməyə səbəb olur”.
Həmsöhbətimiz onu da əlavə edib ki, bazarlarda, yollarda açıq şəkildə satılan turşular strelizə olunmur.
Sevinc