Almaniya kansleri Olaf Şoltsun nasizmlə bağlı səhvləri təkrarlamamaq çağırışından sonra Almaniyada sağçı alman siyasətçi və partiyalarına qarşı “Keçmişdən dərs aldıq” şüarı ilə kütləvi aksiyalar keçirilib.
HİT.az xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb.
"Almaniyada bir daha yer ala bilməyəcək bir şey varsa, o da Milli Sosialist irqi ideologiyasıdır", deyə məlumatda bildirilir.
Şoltsa görə, bu cür etirazlar Almaniyanın "keçmişdən dərs aldığını" nümayiş etdirmək və bütün demokratik düşüncəli Alman vətəndaşlarını birləşdirmək üçün lazımdır.
Ötən həftə sonu Almaniyada 350 minə yaxın insanın iştirakı ilə 80-dən çox tədbir baş tutub.
Bundan əvvəl Olaf Şoltsun partiyasının populyarlıq reytinqinin son 4 ilin ən aşağı səviyyəsinə düşdüyü bildirilirdi. Qeyd olunub ki, Almaniya vətəndaşlarının cəmi 13%-i onun partiyasına səs verməyə hazırdır və bu da 2021-ci il parlament seçkiləri ilə müqayisədə (25,7%) az qala iki dəfə azdır.
Samir