Borrell: \"İsrailin Qəzza zolağında HƏMAS-ı məhv etmək planı işə yaramır\"

19:53 / 22.01.2024
494

Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Cozep Borrel bildirib ki, İsrailin Qəzza zolağında HƏMAS radikal qruplaşmasını məhv etmək planı işə yaramır. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Borrell vurğulayıb ki, Avropa İttifaqı İsrailin bu məsələdə mövqeyinə baxmayaraq, Yaxın Şərqdəki münaqişənin iki dövlət əsasında həlli istiqamətində səylərini davam etdirməlidir.

"Onların ağlında başqa hansı həll yolları var? Bütün fələstinliləri tərk etməyə məcbur etmək? Hamısını məhv etmək?. HƏMAS-ı məhv etmələri düzgün yol deyil. Onlar nəsillər boyu nifrəti möhkəmləndirirlər", deyə Borrell Benyamin Netanyahunun radikal qrupun tamamilə məhv edilməsinin zəruriliyi ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

Bundan əvvəl Fələstinin baş naziri Məhəmməd Ştayye demişdi ki, Netanyahu Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllinə imkan verməyəcək. Onun sözlərinə görə, ardıcıl İsrail hökumətləri dəfələrlə "iki dövlətli həll"ə mane olmaq üçün səylər göstərib və 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasına hər cür mane olub.

Samir

0