Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqında (Aİ) Ukraynaya yardımın ayrılması ilə bağlı çətin müzakirələrin olacağını proqnozlaşdıraraq, siyasi birliyin “hərbi psixozda” olduğunu qeyd edib.
HİT.az xəbər verir ki, nazir bu barədə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən əvvəl danışıb.
"Sərt müzakirələr olacaq, çünki Brüsseldə təəssüf ki, müharibə tərəfi bizdən Ukraynaya uzun illər silah tədarükü ilə bağlı öhdəlik götürməyimizi tələb edir. İndiyə qədər 5 milyard avro verilib. Yeni ildir, amma eyni hərbi psixoz var", deyə Siyarto yazıb.
O, Moskva ilə Kiyev arasındakı münaqişənin döyüş meydanında həllinin olmadığını deyib. Macarıstanın xarici işlər naziri vurğulayıb ki, qarşıdurmanın davam etməsi yalnız dağıntılar və itkilər gətirir.
Samir