Həbsxanada aclıq aksiyası keçirən Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Mariuş Kaminski xəstəxanaya çatdırılıb.
HİT.az xəbər verir ki, bu barədə prezident Anjey Dudanın müşaviri Blazej Pobozsa "Telewizija Trwam"a bildirib.
Onun sözlərinə görə, eks-nazir yanvarın 22-də axşam saatlarında xəstəxanaya yerləşdirilib. Jurnalist mənbələri Kaminskinin vəziyyətinin ağır olduğunu, lakin həyatı üçün təhlükə olmadığını bildiriblər.
Penitensiar Xidmətin mərkəzi ofisi vəziyyəti şərh etməkdən imtina edib. Onlar jurnalistlərə bildiriblər ki, məhbusların sağlamlıq durumu ilə bağlı məlumat vermirlər.
Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski və onun müavini Maçey Vonsik Varşavada prezident sarayında saxlanılıblar. Kaminski və Vonsik vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar - üç il yarım əvvəl məhkəmənin qərarı ilə məmurlar həbsxanaya göndərilməli idi, lakin məhkəmə prosesi zamanı onlar əvvəllər hakim Qanun və Ədalət Partiyasının üzvü və deputat ola biliblər.
Bundan sonra Anjey Duda cəzası qanuni qüvvəyə minməmiş şəxslərin əfv edilməsini qadağan edən bu prosedur qaydasını pozaraq onları əfv edib. Dudanın qərarına etiraz edilib, lakin partiya yoldaşları Kaminski və Vonsik həbsinə imkan verməyib.
Yanvarın 17-də ölkə prezidenti Anjey Duda Kaminskini həbsxanada məcburi qidalandırmaq əmri verildiyini bildirib.
Samir