Aktrisa Sofiya Verqara əri Co Manqaniellodan boşanmasının səbəbini açıqlayıb.
HİT.az xəbər verir ki, "Amerikan ailəsi"nin ulduzu bu barədə İspaniyanın "El País" nəşrinə müsahibəsində danışıb.
51 yaşlı Sofiya Verqara gələcəyə fərqli baxışlara görə ayrıldıqlarını bildirib. Aktrisanın dediyinə görə, əri uşaq barədə düşünsə də, o, yenidən ana istəməyib.
"Ərim kiçik olduğu üçün evliliyim bitdi. O, uşaq istəyirdi, mən isə qoca ana olmaq istəmirdim. Hesab edirəm ki, bu, uşağa qarşı haqsızlıqdır. Belə bir addım atmağa qərar verənlərə hörmət edirəm, amma bu mənim üçün deyil", deyə Sofiya Verqara bildiribb.
Aktrisa əlavə edib ki, oğlu Manolo Qonzales-Ripoll Verqaranın hazırda 32 yaşı var. Sofiya Verqara nənə olmağa hazırdır, amma ana deyil.
Qeyd edək ki, 2023-cü ilin iyulunda Sofia Verqara və aktyor Co Manqaniello 7 illik evlilikdən sonra ayrılıb. "Biz boşanmaq üçün çətin qərar verdik. Bir-birini çox sevən və qayğı göstərən iki insan olaraq, həyatımızın bu yeni mərhələsini keçərkən məxfiliyimizə hörmət etməyi nəzakətlə xahiş edirik", deyə keçmiş cütlük bildirib.
1990-cı illərin əvvəllərində Sofiya Verqara orta məktəbdə oxuyan sevgilisi Co Qonzales ilə münasibətdə olub. Cütlüyün Manolo Qonzales-Ripoll Verqara adlı oğlu doğulub. 2015-ci ildə aktrisa aktyor Co Manqaniello ilə ailə həyatı qurub.
Samir