ABŞ-ın keçmiş prezidenti Donald Tramp yanvarın 23-də Respublikaçılar Partiyasından prezidentlik uğrunda ilk praymerizlərin keçiriləcəyi Nyu-Hempşir ştatında tərəfdarları qarşısında çıxış edərək, Ağ Evin hazırkı rəhbəri Co Baydeni demokratiya üçün təhlükə adlandırıb.
HİT.az bu barədə TASS-a istinadən xəbər verir.
"Co Bayden demokratiya üçün təhlükədir, o, bacarıqsızdır", deyə Tramp bildirib.
Bir gün əvvəl Tramp bildirib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden seçki yarışından geri çəkilə bilər. Tramp əvvəllər demişdi ki, ABŞ Baydenin səriştəsizliyinə görə dünyanın qalan hissəsi üçün "zibilxanaya" çevrilib. Onun fikrincə, ABŞ-da demokratiya təhlükədədir. O, həmçinin ABŞ-ın hazırkı prezidentinin yaxşı niyyətli olduğunu, lakin sonda ölkəni "xaraba qoyduğunu" da deyib.
Bundan əvvəl siyasətçi Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı Co Baydenə şirniyyat mağazası idarə etmək üçün belə etibar edilə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ prezidentinin siyasəti nəticəsində ölkə 1929-1939-cu illərdəki Böyük Depressiya ilə müqayisə oluna biləcək iqtisadi böhranla üzləşib.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Samir