Xudafərin belə olacaq - FOTO

SOSİAL
14:05 / 23.01.2024
644

Yenidən salınacaq Cəbrayılın Xudafərin qəsəbəsində keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait yaradılmasına dair işlərə başlanılıb.

HİT.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Qeyd edilib ki, yaşayış məskəninin konseptual həllində “dayanıqlı kənd”, “yaşıl enerji” və “dayanıqlı nəqliyyat” yanaşmaları əsas götürülüb.

0