NATO 1,2 milyardlıq müqavilə bağladı: Ukrayna üçün 220 min mərmi...

15:30 / 23.01.2024
317

NATO 1,2 milyard dollar dəyərində müqavilə çərçivəsində təxminən 220 min artilleriya sursatı almağı planlaşdırır. Bu müqavilənin bağlanması dünən NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən açıqlanıb. 

HİT.az xəvər verir ki, bu barədə AFP agentliyi mənbəyə istinadən məlumat yayıb.

O, aydınlaşdırıb ki, söhbət Ukrayna Silahlı Qüvvələrinin (AFU) fəal şəkildə istifadə etdiyi 155 mm-lik artilleriya sursatından gedir.

2023-cü ilin oktyabrında NATO baş katibinin müavini Mirça Coana bildirib ki, NATO ölkələri hərbi sənaye ilə sursat istehsalı üçün 2,4 milyard avro dəyərində müqavilələr imzalayıb.

Bundan əvvəl Yens Stoltenberq Şimali Atlantika Alyansının Ukraynaya əsas silah növlərinin tədarükü üçün 2,4 milyard avro dəyərində çərçivə müqavilələri bağladığını bildirib.

Samir

0