Avropa Parlamentindəki Avropa Xalq Partiyasının (APP) rəhbəri Manfred Veber Olaf Şolts hökumətini Ukraynaya yardım göstərməkdə ləngliyə və qətiyyətsizliyə görə tənqid edib.
HİT.az bu barədə DPA-ya istinadən xəbər verir.
"Qərarların qəbulu prosesi çox uzun çəkir və qərarların sayı məhduddur", deyə Veber Kiyevə səfəri zamanı bildirib.
O, Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin tədarükü ilə bağlı vəziyyətin məhz belə olduğunu vurğulayıb. Veberin fikrincə, onları təhvil vermək qərarı çoxdan gecikib.
Siyasətçi həmçinin Ukrayna Silahlı Qüvvələri üçün sursat alınması ilə bağlı siyasi prosesi aktivləşdirməyə çağırıb. Onun sözlərinə görə, Avropa İttifaqı müdafiə şirkətləri qanuni olaraq Ukrayna üçün silah istehsalına üstünlük verməyə borclu olmalıdırlar.
"Hal-hazırda biz çox yavaşıq", deyə Veber bildirib.
Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamasından sonra Berlinin Kiyevə hərbi və humanitar yardım üçün 27,8 milyard avrodan çox vəsait ayırdığını bildirmişdi. Bundan əlavə, Almaniya artıq Kiyevə 5,6 milyard avro ayıran Avropa Sülh Fonduna ən böyük töhfə verənə çevrilib.
Samir