Elektron siqaretin ziyanları...

ÖLKƏ
22:41 / 23.01.2024
428

Son zamanlar Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlə bağlı həyəcan təbili çalmaqdadır.

Çünki insan sağlamlığı üçün ziyanlı olan elektron siqaretdən istifadə edənlərin sayı günü-gündən artır.

 Bu həyəcanın nəticəsidir ki, artıq dünya ölkələri bir-birinin ardınca elektron siqaretləri qadağan edir.

Tibb elmləri doktoru Adil Qeybulla Hit.az-a deyib ki, elektron siqaretlərin gətirilməsinə qarşı mübarizə gücləndirilməlidir:

“Elektron siqaretlərin tərkibində istifadə olunan müxtəlif qatqılar kanserogen təsirlərə malikdir. Yanması zamanı aromatik karbohidratlar əmələ gətirir. Elektron siqaretlərin adi siqaretdən heç də zəif kanserogen təsirə malik deyil. Elektron siqaretlər əslində adi siqareti tərkitmək üçün ortaya atılmışdı bir imitasiya idi. Belədə siqaret çəkənlər ondan bir bahənə ilə istifadə edirlər. Amma bunlar həqiqətə uyğun deyil. Təcrübə də göstərdi ki, elektron siqaretlər insanların sağlamlığına çox pis təsir göstərir. Ona görə, bir sıra ölkələrdə onun qadağan olunması tam olaraq məqsədəuyğundur. Siqaret çəkənlər ata bilməmələri bəhanəsini gətirirlər. Bu, iradə məsələsidir. İnsan dərk etməlidir ki, siqaret çəkmək həyatına ciddi zərbə vurur və ona görə də  zərərli vərdişdən azad olmalıdır. Elektron siqaretlər xüsusən də xərçəng xəstəliyi yaradır".

Sevinc

0