Bakıda 64 yaşlı kişi dəm qazından boğulub.
HİT.az xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Xələfov Xələf Hacıbaba oğlu evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.